İtaliya hökuməti dünyanın ən qədim bankı olan “Banca Monte dei Pashci di Siena”dakı payını satmaq istəyir.
Eləcə də bax: “Yandex” şirkəti “Tinkoff”u - 5,5 Milyard Dollara Alır
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.
Qeyd edək ki, bu bank dünyanın ən qədim kredit təşkilatıdır. Banlın səhmlərinin 68%-i 2017-ci ildən bəri İtaliya hökuməti tərəfindən idarə olunur. Verilən məlumata görə, hal-hazırda ölkənin Maliyyə Nazirliyi “UniCredit”dəki payını satmaq barədə düşünür.
Tərəflər səhm paketinin satılmasını daha əvvəl də müzakirə ediblər və “UniCredit”in satılması mümkün variantlardan biridir. “Reuters”in qeyd etdiyi kimi, İtaliya hökuməti bu müqaviləni 2020-ci ilin sonuna qədər bağlamaq istəyir.
“Banca Monte dei Paschi”nin daha cəlbedici olması üçün ölkənin maliyyə departamenti kredit təşkilatının 8,1 milyard avro borcunu aktivlərin idarə edilməsi ilə məşğul olan AMCO şirkətinin əlinə vermək istəyir. Bu halda dünyanın ən qədim bankının borcu dörd dəfə azalacaq: 12%-dən 4%-dək.
Xatırladaq ki, 2017-ci ildə İtalyan hökumətinin bu bankı almaq qərarı, onu iflasdan xilas etmişdir. Həmin ildə səhmlərin 68%-i 5,4 milyard avroya satılmışdı və “Banca Monte dei Paschi” kapital boşluğu ilə qarşılaşdı. Bu, Avropada uçot dərəcələrinin aşağı düşməsi, o cümlədən aktivlərin aşağı gəlirliliyi və ölkədə iqtisadi artım tempinin zəifləməsi fonunda baş vermişdir.