İsveçrənin ən böyük bankı olan «UBS» indiyədək də məbləği 445 min avrodan artıq olan əmanətlərə görə, faiz ödəmirdi. İyunun 1-dən etibarən isə bütün əmanətlər üzrə faiz ödənişi dayandırılıb.
Lütsern universitetinin professoru Andreas Ditrix hesab edir ki, bu tədbir simvolikdir. Faizlər o qədər az idi ki, əmanətin illik gəliri bir fincan kofeyə güclə çatırdı. Hazırda «UBS»da əmanələr üzrə faizlər illik 0,01-0,5% arasında dəyişir. Bu o deməkdir ki, məsələn 10 min avroluq əmanət öz sahibinə ildə 1-50 avro gəlir gətirir. İyunun 1-dən isə faizlər ümumiyyətlə ödənilməyəcək. Gənlər üçün isə faizlər iki dəfə azaldılaraq 0,25%-ə endiriləcək.
Doğrudur, İsveçrənin digər bankları «UBS»in addımını təkrarlamayıblar. Banklarda faiz dərəcələri böyüklər üçün illik 0,07%, gənclər üçün isə ildə 0,55% arasında dəyişir.
Hərçənd, iqtisadçılar bildirir ki, gələcəkdə başqa maliyyə qurumları da eyni addımları atacaq, çünki onlar adətən ən böyük bankdan nümunə götürürlər.
Eləcə də bax: Azərbaycanda 6 bankın nizamnamə kapitalı artıb - SİYAHI