Azər Türk Bank müştərilərinin məmnunluğunu və istəyini nəzərə alaraq, kredit faizləri və kartların qiymətləri üzrə endirim kampaniyasının vaxtının 1 mart tarixinədək uzadılmasına qərar verib.
FED.az xəbər verir ki, kampaniya çərçivəsində “İstehlak” kreditlərinin illik faiz dərəcələrinə 1%-dən 3%-dək endirimlər tətbiq edilir.
Həmçinin kart sahibi olmaq istəyən vətəndaşlar kampaniya müddətində VISA / MasterCard Gold və VISA / MasterCard Platinum kartlarını 75 faiz endirimlə əldə edə biləcəklər.
Bu barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.