Azərbaycan bankları hər ay təqribən 110 milyon manat yeni istehlak krediti verir.
Bu barədə FED.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Eləcə də bax:Azərbaycanda ən çox və ən az - İSTEHLAK KREDİTİ VERƏN BANKLAR - SİYAHI
Noyabrın əvvəlinə olan məlumata görə, ölkə banklarının ümumi istehlak kredit portfeli 6 milyard 431 milyon manatdır. Bu ilin əvvəli ilə müqayisədə 1 milyard 111 milyon manat artıqdır.
FED.az-ın araşdırmaları göstərir ki, ilin əvvəlində istehlak kreditlərinin artımı mənfidə olub, yəni kreit portfeli artmaq əvəzinə azalıb. Amma sonrakı aylarda istehlak kreditlərinin verilməsi sürətlə artmağa başlayıb. İlk aylar 60-80 milyon mana arasında olan artım, sonrakı aylarda 140-150 milyona çatıb, sentyabrda isə 200 milyon manatı keçib.