Azərbaycanın aparıcı banklarından olan «Rabitabank» 2020-ci ilin birinci rübündə istehlak kreditlərini kəskin artırıb, biznes kreditlərini isə əksinə, azaldıb.
Eləcə də bax: «RabitəBank»ın vəziyyəti məlum oldu - HESABAT
FED.az bankın hesabatına istinadən xəbər verir ki, rüb ərzində bankın ümumi kredit portfeli 11,3 milyon manat və ya 3% artaraq 388,2 milyon manata çatıb.
Bu dövr ərzində ən sürətli artım istehlak kreditlərində qeydə alınıb – 52,5 milyon manat və ya 51,7% artaraq 101,5 milyon manatdan 154 milyon manata yüksəlib.
Bankın biznes kreditləri isə təqribən 22,4% azalaraq 206,8 milyon manatdan, 160,5 milyon manata enib.
2020-ci iin birinci rübündə Bankın daşınmah əmlak kreditləri də 3 milyon manat artaraq 35 milyon maenatdan 38 milyon manata yüksəlib.
«Rabitabank»ın kreditlər üzrə mümkün zərərlər üçün yaratdığı məqsədli ehtiyatları isə 24 milyon manatdan 26,2 milyon manata qalxıb.