İstehlak krediti üzrə istehlakçının ilkin məlumatlandırılması sistemi tətbiq ediləcək.
İstehlak kreditləşməsində borcalan üzrə risk kateqoriyası - 120%-dən 200%-ə QƏDƏR ARTIRILIB
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ilkin məlumatlandırmada istehlak krediti ilə bağlı yarana biləcək bütün zəruri məqamlar barədə istehlakçı məlumatlandırılmalıdır. Bu məlumatlar Mərkəzi Bank tərəfindən təsdiq edilən standart məlumatlandırma formasında əks etdirilməlidir. Borcverən tərəfindən verilən məlumatlar aydın və başadüşülən şəkildə ifadə edilməlidir.
İstehlak krediti müqaviləsinə dair tələblər də müəyyən edilir. Müqavilə yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilə bilər. İstehlak krediti müqaviləsinin məzmunu ilə bağlı tələblər ilkin məlumatlandırmada nəzərdə tutulan hallara uyğun olmaqla müqavilə üzrə bütün zəruri şərtləri ehtiva etməlidir. İstehlak krediti müqaviləsi üzrə dəyişən faiz dərəcəsinin tətbiq edilməsi də faizlərin və digər ödənişlərin artırıla bilməsi imkanının şərtləndirilməsi yolverilməzdir. Bank hesabının kreditləşdirilməsi hallarında borcverən istehlakçını vaxtaşırı olaraq kağız və ya digər davamlı daşıyıcıda hesabdan çıxarış vasitəsilə müvafiq qaydada məlumatlandırmalıdır:
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.