İspaniyanın "Banco Santander" bankı öz rəqibi "Banco Popular Espanol"u 1 avroya alıb.
Rusiya mətbuatının yazdığına görə, "Banco Popular Espanol" son vaxtlar likvidlik problemi ilə üzləşib və onun səhmləri kəskin ucuzlaşıb.
Bankın problemlərinin həll olunması üçün "Banco Santander" ona 7 mlrd. avro pul qoymalı olacaq. Bununla belə, problemli bankın səhmdarları və onun istiqrazlarının sahibləri 3,3 mlrd. avro zərərlə üzləşəcək.
Qeyd edək ki, "Banco Popular Espanol"un satışı ilk dəfə ölkənin bank sisteminə ən minimal təsirlə ötüşəcək və vergi ödəyicilərinə heç bir zərər verməyəcək.