İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün təlim, təhsil və tədqiqat təqaüd proqramları elan edib.
FED.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proqrama əsasən, peşə təhsili, bakalavriat, magistratura, doktorantura, doktorantura sonrası tədqiqat səviyyələri üzrə təqaüdlər təklif olunur.
Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti İslam İnkişaf Bankı tərəfindən ödəniləcək.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevralın 28- dək https://isdbscholarships.smartsimple.com/s_Login.jsp səhifəsinə göndərməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.