Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar (KOS) üçün kredit şərtlərini dəyişib. Bankdan FED.az-a verilən məlumata görə, yeni şərtlərə əsasən həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar öz biznesləri üçün ABB-dan kreditləri daha sərfəli şərtlərlə ala bilərlər:
Belə ki, kreditin maksimal məbləği 5 000 000 AZN (və ya USD/EUR ekvivalentlərində) təşkil edir. Kreditin illik faiz dərəcəsi: AZN-lə 14%, USD və EUR-la 7%-dən başlayır, müddət isə 84 ayadək və ya 7 ilədəkdir.
ELƏCƏ DƏ BAX: Azərbaycanda pulu havadan gələn bank – HESABAT
Ən maraqlısı odur ki, Azərbaycan Beynəlxalq Bank sahibkarlara imkan yaradır ki, arzusundan asılı olaraq kredit borcunun annuitet, fərdi və yaxud sərbəst ödəniş cədvəli əsasında ödənilməsinə özləri qərar versinlər. Başqa sözlə, kreditin hansı formada ödənilməsi variantını sahibkarlar özləri seçəcəklər.
Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov FED.az-a bildirib ki, kiçik və orta sahibkarlar ABB üçün yeni müştəri seqmentidir. «Onların biznes layihələrinin daha əlverişli şərtlərlə maliyyələşdirilməsi siyasətini bundan sonra da davam etdirəcəyik. Sahibkarlara kredit xətlərinin açılması, ekspress-kredit, subsidiyalı (güzəştli) kredit, kənd təsərrüfatına dəstək krediti kimi yeni imkanlarımızı mütəmadi olaraq müştərilərimizlə bölüşəcəyik».
ELƏCƏ DƏ BAX: 6%-lik vergi də ləğv edilir? – AÇIQLAMA