Azərbaycanda daha bir bank sahibkarlar üçün sərfəli məhsul təqdim edir.
FED.az xəbər verir ki, «Xalq Bank» manatda illik 8%-la, dollarda 4% akkreditiv təyinatlı kredit təklif edir.
Eləcə də bax: İş adamlarının girov problemi üçün – YENİ MEXANİZM HAZIRLANIR
Bankdan FED.az-a verilən məlumata görə, “Xalq Bank”ın təklif etdiyi akkreditiv təyinatlı kreditin faiz göstəriciləri ilə yanaşı, digər bir üstünlüyü, məhsulun faizinin yalnız sahibkarın xaricdən gətirdiyi məhsulun Azərbaycana gəlib çatmasından sonra hesablanmasıdır.
Belə ki, «Xalq Bank»a akkreditiv təyinatlı kreditə görə, müraciət edən sahibkar xaricdən məhsulu Azərbaycana gətirir, sahibkar malların say və keyfiyyət baxımından qaydasında olduğundan sonra banka, icraçıya pulun köçürülməsi barədə göstəriş verdikdən sonra ödəniş baş tutur. Akkreditiv təyinatlı kreditə faiz hesablanması da bundan sonra başlayır.
Akkreditiv təyinatlı kredit «Xalq Bank» tərəfindən 500 min manat və ya 300 min dollar məbləğində təqdim edilir və akkreditiv üzrə ödəniş tarixindən dörd ay müddətinə verilir.
Kimlər üçün nəzərdə tutulub?
Akkreditiv təyinatlı kreditlər xarici ticari fəaliyyəti olan kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub.
Akkreditiv təyinatlı kreditin üstünlükləri
Akkreditiv təyinatlı kreditin üstünlükləri ənənəvi kredit məhsulları ilə müqayisədə daha ucuz maliyyə resursudur, kredit üzrə faiz ödənişlərinə qənaət edir, fakt əsasında ödəniş hesabına satıcı ilə daha əlverişli şərtlərlə razılaşma imkanı yaradır, alınan malın çatdırılması ilə bağlı risklərin minimallaşdırılması, müqavilənin icrasına bankın nəzarəti kimi üstünlükləri var.
Qeyd edək ki, akkreditiv satıcı tərəfindən malın göndərilməsi, akkreditivdə nəzərdə tutulan digər şərtlərinin tam olaraq yerinə yetirilməsi və müvafiq sənədlərin təqdim edilməsi müqabilində akkreditivdə qeyd edilən məbləğin satıcıya ödənişini təmin edən bank xidmətidir.