Ötən həftənin sonunda Bakıda keçirilən “Partners and Business” tədbiri maraqlı müzakirələrlə yadad qaldı.
FED.az xəbər verir ki, iş adamları onları narahat edən məsələləri qaldırıb, paneldə çıxış edənlər isə bu suallara cavab verib. Tədbirdə iş adamları və bankirlər arasında kredit dərəcələri və kreditlərin verilməsinin asanlığı da diqqət mərkəzində olub.
Eləcə də bax: Azərbaycanda ən çox hansı sahələrə - KREDİT VERİLDİYİ AÇIQLANIB
İş adamı Calal Omarov tədbirdə iştirak edən «Kapitalbank»ın kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nəsimi Xasıyevdən soruşub ki, «Bütün sahələrdə Avropa standartlarına keçirik, bəs kreditlər nə vaxt Avropa standartları ilə illik 2-6%lə veriləcək?». İş adamının bu sualını tədbirləki sahibkarlar alqışlarla qarşılayıblar.
Cavabında N.Xasıyev bildirib ki, Avropada kredit fazləri ona görə aşağıdır ki, orada bank əmanətləri sıfır və ya mənfi faizlərdə qəbul edilir.
«Hazırda Azərğaycanda, yəqin elə burada əyləşənlərin də banklarla fiziki şəxs kimi əmanətlərimiz var. Həmin əmanətlərin orta fiz dərəcəsi 7-8%-dir. Yəni biz əmanətləri Avropadakı kimi sıfır faizlə qəbul etsək, üzərinə əməliyyat xərclərini də əlavə edib illik 2-6%-lə kredit verə bilərik. Bizim elə işimiz pul satmaqdır».
Bank nümayəndəsi bildirib ki, sahibkarlar müxtəlif dövlət fondlarının köməyi ilə elə indi də illik 6%-ə çatan dərəcə ilə kredit götürə bilərlər: «İndinin özündə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə sahibkarlara illik 10%-ə qədər kredit subsidiyaları verilir, nəticədə kreditlərin faizləri 6%-ə düşür. Bundan başqa, fond girov çatışmazlığı olan sahibkarlara girovun 75%-ə həcmində dəstək verə bilir.
N.Xasıyev bildirib ki, təmsil etdiyi bankda kommersiya kreditlərinin orta faiz dərəcəsi 11-12% ətrafındadır: «İndi bankların istədiyi əsas məsələ şəffaflıq, biznes plan və audit hesabatının olmasıdır. Dövlət təşkilatları da belə iş adamları ilə əməkdaşğa maraqlıdırlar. İstəsəniz elə burada sizin kredit sifarişinizi qəbul edib baxa bilərik».