Son 9 ayın hesabatına görə, İran Milli Bankının Azərbaycanda olan filialına yatırılan əmanətlərin məbləği artıb.
Belə ki, hesabat dövründə İran bankının öhdəlikləri 41,2% artaraq 42,682 milyon manata çatıb. Bunun 8,686 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 3,2 dəfə böyüyüb. Bankın depozit portfelinin artma səbəbini araşdırarkən bəlli olub ki, banka yatırılan pulların əksər hissəsi tələbli depozitlərdi.
Bankdan verilən məlumata görə, İran Milli Bankına yatırılan məbləğin əksər hissəsi tələbli depozitlərdi və bu depozitləri də İran şirkətləri edib. Belə ki, Azərbaycanda fəaliyyət göstərən İran şirlətləri İrana köçürmələr zaman İran Milli Bankının xidmətindən istifadə edirlər. (Fins)
İran şirkətlərinin hesabına portfeli böyüyüb

10:36
5 Noy 2018