İran bankının Azərbaycandakı filialı "Bank Milli İran Baku" bütün əməliyyatları dayandırıb.
Bakıdakı İran Bankına məxsus əmlaklar - SATIŞA ÇIXARILIB – SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, “Bank Milli İran Baku”dan verilən məlumata görə, artıq təxminən bir aya yaxındır ki, banka əmanət qoyuluşu və kredit verilişi dayandırılıb.
Bildirilib ki, buna səbəb kimi Mərkəzi Bankın bankda yoxlamaların aparılma göstərilib. Azərbaycan Mərkəzi Bankından isə bildirilib ki, məsələ ilə bağlı qısa zamanda açıqlama veriləcək. (Apa)