Azərbaycanda bank müştərilərinin sayında kəskin artım var.
Eləcə də bax: Azərbaycanda bank müştərilərinin sayı - AÇIQLANIB
FED.az xəbər verir ki, 2019-cu ilin yanvar ayında bank müştərilərinin sayı 6 milyon 847 min 897 nəfər, 2020-ci ilin yanvar ayında 8 milyon 56 min 140 nəfər olub. 1 illik müqayisədə bankların müştəri sayı 1 milyon 208 min 243 nəfər və ya 17,6% artıb.
Bank müştərilərinin sayı 2019-cu ilin dekabr ayında 8 milyon 17 min 581 nəfər olub. 2020-ci ildə ötən ayla müqayisədə müştərilərin sayı 38 min 559 nəfər və ya 0,5% artıb.
2019-cu ilin yanvarında bank müştərilərinin 6 milyon 742 min 47-si (98,45%-i) fiziki, 105 min 850 nəfəri (1,55%-i) hüquqi şəxs olub. Bu müştərilərin 266 min 845-i (3,9%-i) sahibkarlıqla məşğul olan şəxslər olub.
2020-ci ilin yanvar ayında bank müştərilərinin 7 milyon 938 min 757-i (98,54%-i) fiziki, 117 min 383-ü (1,46%-i) hüquqi şəxsdir. Müştərilərin 331 min 900-ü (4,12%-) sahibkarlıqla məşğul olan şəxslərdir.
Ötən ilin yanvarı ilə müqayisədə fiziki şəxs müştərilərin sayı 17,75% artıb. Hüquqi şəxs müştərilərin sayı 11% yüksəlib.
Sahibkarlıqla məşğul olan fiziki şəxs müştərilərin sayında isə 24,4% artım baş verib.