FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycanda 2019-cu ilin ilk 9 ayı ərzində maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi cəmi 10 milyard 146,2 mln. manat təşkil edib.
Bu barədə Statistika Komitəsi məlumat verib.
Bu göstərici isə 2018-ci ilin analoji dövrü (yanvar-sentyabr) ilə müqayisədə 2% azalma olması deməkdir.
Burada müəssisə və təşkilatların vəsaitləri 5 milyard 831,2 milyon manat, bank kreditləri 739,2 mln. manat, büdcə vəsaitləri 2 milyard 729,8 milyon manat, büdcədənkənar fondların vəsaitləri 152 milyon, əhalinin şəxsi vəsaiti 667,8 mln. manat təşkil edib.
Bank kreditlərinin hazırda əsas kapitala qoyuluşdakı payı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalıb və payı hazırda 7,3%-dir. Bank kreditlərinin kapitala qoyuluşda payı sonuncu dəfə bu qədər az 2015-ci ildə olmuşdu ki, o zaman isə 5,6% idi.
Göründüyü kimi, əhalinin şəxsi vəsaitləri hesabına ölkə iqtisadiyyatına qoyulan investisiyalarda az qala bank kreditləri ilə fərq kəskin şəkildə azalıb. Məsələm, 2018-ci ildə əhalinin şəxsi vəsaitləri hesabına kapitala yatırımlar 381,9 milyon manat olduğu halda, bank kreditlərinin həcmi 1 milyard 713,5 milyon manat təşkil edirdi.
Maliyyə mənbələri üzrə
| əsas kapitala yönəldilmiş vəsaitlər 2019-cu ilin yanvar-sentyabr aylarında, milyon manat | Əvvəlki ilin müvafiq dövrünə nisbətən (müqayisəli qiymətlərlə), faizlə | Ümumi yekunda xüsusi çəkisi, faizlə | |||
| Cəmi | 10146,2 | 98,1 | 100,0 | ||
| o cümlədən: Müəssisə və təşkilatların vəsaitləri | 5831,2 | 110,3 | 57,5 | ||
| Bank kreditləri | 739,2 | 52,5 | 7,3 | ||
| Büdcə vəsaitləri | 2729,8 | 102,6 | 26,9 | ||
| Büdcədənkənar fondların vəsaitləri | 152,0 | 80,1 | 1,5 | ||
| Əhalinin şəxsi vəsaiti | 667,8 | 91,9 | 6,6 | ||
| Sair vəsaitlər | 26,2 | 36,9 | 0,2 | ||




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








