FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, noyabr ayının 1-nə olan vəziyyətə bankların kredit portfeli 12 milyard 152,2 milyon manat təşkil edir. Bu ötən ilin sonu ilə müqayisədə 4 milyard 292 milyon manat və ya 26,1% azdır.
Xatırladaq ki, bankların kredit portfeli yanvar ayının sonundan başlayaraq azalır. Azalmanın əsas səbəbi ölkənin əsas problemli bankı olan «Azərbaycan Beynəlxalq Bankı»nın problemli kreditlərinin həlli, eləcə də əhali və iş adamları arasında kredit aktivliyinin azalmasıdır.
Xatırladaq ki, Azərbaycanda bankların kredit portfelinin maksimum həddi 2015-ci ilin sonunda qeydə alınıb – 21 milyard 730,4 milyon manat. O vaxtdan indiyədək kredit portfeli 42,4% azalıb.
Son iki ildə bankların kredit portfelinin dəyişməsi belədir:
İllər, aylar | Məbləğ (mln. manat) |
2016 | |
Yanvar | 21 199,5 |
Fevral | 20 327,4 |
Mart | 19 687,0 |
Aprel | 18 758,7 |
May | 18 197.1 |
İyun | 18 434.2 |
İyul | 16 713.4 |
Avqust | 16 839.7 |
Sentyabr | 16 785.1 |
Oktyabr | 15 820.0 |
Noyabr | 16 275.5 1 |
Dekabr | 16 444.6 |
2017 | |
Yanvar | 16 705.2 |
Fevral | 15 878.6 |
Mart | 15 533.3 |
Aprel | 15 453.5 |
May | 14 794.0 |
İyun | 13 882.0 |
İyul | 12 860.8 |
Avqust | 12 376.6 |
Sentyabr | 12 437.2 |
Oktyabr | 12 152.2 |