Tender 1 lot üzrə keçirilir::
lot 1 - "Kredit reytinqi modeli" və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması üzrə xidmətlər
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40 (AZ1014) (Əlaqələndirici şəxs :Ağayev Ramil, telefon :441-24-23 (daxili 172)) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 250 manat
Hesab: AZ57NABZ01360450000000005944
VÖEN 1403502281
Bank: Mərkəzi Bank
Kodu: 501004
VÖEN: 9900071001
M/H: AZ74NABZ01451700000000001944
S.W.İ.F.T: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət;
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Digər sənədlər: Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı AÇIQ TENDERİ elan edir: Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun "Kredit reytinqi modeli" və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması üzrə xidmətlərin satın alınması ilə bağlı Açıq tender. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra- Fond) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://www.mcgf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar. Tender üzrə prosedurlar 20 aprel 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir: - Tenderdə iştirak etmək üçün ərizə; - iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; - Təklif; - Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası); - iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənəd və s.) notariat qaydasında təsdiq edilmiş surətləri; - iddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri; - Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti; - iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar); - İddiaçının anoloji işlərdə təcrübəsi, maliyyə, potensial texniki və kadr imkanlarına dair: Son 3 il üzrə iddiaçının bu xidmət sahəsində olan korporativ müştəriləri haqqında məlumat; Oxşar layihələr üzrə iş təcrübəsini təsdiq etmək üçün belə layihələrin həyata keçirildiyi ən azı 3 (üç) müəssisə və təşkilatdan tövsiyə məktubu; İddiaçının layihənın icrasına cəlb olunacaq işçilərinin tərcümeyi halları və texniki kvalifikasiyalarını təsdiq edən sənədlər. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir: - öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması; - müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması; - tender prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi. Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir. Xidmətin icra müddəti: "Kredit reytinqi modeli" və "Erkən xəbərdarlıq sistemi"nin yaradılması satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 3 (üç) ay müddətində başa çatdırılmalı və Fonda təqdim edilməlidir. Tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur. Satınalmada iştirak haqqı 250 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcəkdir: Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40 VÖEN: 1403502281 H/h: AZ57NABZ01360450000000005944 Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı VÖEN: 9900071001 Kоd: 501004 M/h: AZ74NABZ01451700000000001944 S.W.I.F.T bik: NABZAZ2C İştirak haqqı heç bir halda geri qaytarılmır. Tender üzrə ilkin sənədlər 04 aprel 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 19 aprel 2018-ci il tarixinədək qəbul ediləcəkdir. Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 172), Faks: (+99412) 598-11-77. ___________________________ Satınalmalar komissiyası
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-04-04 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-04-19 18:00qədər Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40 (AZ1014) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-04-20 15:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40 (AZ1014) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
İpoteka və Kredit Zəmanət Fondu - tender elan edir
12:34
1 Mart 2018