FED.az xəbər verir ki, bankların bir çoxunda ipoteka növbəsi aktivdir.
Elektron ipoteka portalının yaydığı məlumata görə, sənəd qəbulunu aktivləşdirən bankların siyahısı aşağıdakı cədvəldə öz əksini tapıb:
*Yaşayış minimumu -Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin hesablanması zamanı hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz. 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat müəyyən edilmişdir.
**İlkin ödəniş - Borcalanın yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir. Ilkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən az olmamalıdır.