Azərbaycan Respublikasının Nazirlər Kabineti, “Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası”nı təsdiq edib.
Qayda, “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 9.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə təsdiq edilib.
Qeyd edək ki, Prezident Fərman ilə Nazirlər Kapinetinə, nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməyi tapşırmışdı.
Yeni qaydaları əldə edən zaman diqqətinizə çatdıracağıq.
Qeyd edək ki, dövlətin Azərbaycan Beynəlxalq Bankında və Azər Türk Bank-da payı var.
Marja©