Sön dövrlərdə bir çox bankların ipoteka kreditləri ilə bağlı cəlbedici təkliflərini görürük. Bəs, bu kreditləri bankların hansı filiallarından əldə etmək olar? Budəfəki araşdırmamız ipoteka kreditləri ilə bağlıdır.
"Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditlərinin əsas şərtləri aşağıdakı kimidir.
Şərtlər |
İpoteka kreditləri |
Güzəştli ipoteka kreditləri |
Maksimal məbləğ |
150 000 AZN |
100 000 AZN |
Maksimal illik faiz dərəcəsi |
8% |
4% |
Maksimal müddət |
25 il |
30 il |
Minimal ilkin ödəniş |
15% |
10% |
Bu cədvəl onu göstərir ki, bankların son dövrlərdə ipoteka kreditinin məbləğini artırmaqla bağlı reklam təklifləri məhz AİF-in müvafiq qərarından irəli gəlir.
İpoteka fondunun vəsaiti hesabına verilən kreditlərini hansı banklardan əldə etmək olar?
Bu kreditləri aşağıdakı siyahıda qeyd olunan bankların göstərilmiş filiallarından əldə etmək mümkündür.
Qeyd etmək lazımdır ki, hal-hazırda bütün müvəkkil banklar, güzəştli ipoteka kreditləri üzrə limitini bitirib və güzəştli şərtlərlə kredit üçün heç bir müraciət qəbul olunmur.
Bankın adı (müvəkkil kredit təşkilatı) |
Filiallar |
Yaşayış minimumu* |
İlkin ödəniş faizi** |
|
Adi | Güzəştli | |||
"Yapi Kredi Bank" QSC |
155 |
30 |
30 |
|
"Xalq" Bankı ASC |
155 |
30 |
30 |
|
"UniBank" KB ASC |
155 |
20 |
20 |
|
"Turanbank" ASC |
155 |
30 |
30 |
|
"Rabitəbank" ASC |
155 |
30 |
30 |
|
"Kapital Bank" ASC |
200 |
30 |
30 |
|
"Express Bank" ASC |
155 |
20 |
20 |
|
Bank "BTB" ASC |
155 |
20 |
30 |
|
"Nikoyl" ASC |
155 |
15 |
15 |
|
"NBCBank" ASC |
155 |
15 |
25 |
|
"GünayBank" ASC |
155 |
25 |
25 |
|
"Bank Silk Way" ASC |
155 |
25 |
30 |
|
"Bank Respublika" ASC |
200 |
25 |
15 |
|
"Azər-Türk Bank" ASC |
180 |
25 |
15 |
|
"AFB Bank" ASC |
180 |
30 |
25 |
|
"Bank VTB (Azərbaycan)" |
175 |
20 |
15 |
|
"Bank Avrasiya" ASC |
155 |
15 |
15 |
|
"Muğanbank" ASC |
160 |
30 |
30 |
|
"Bank of Baku" ASC |
180 |
20 |
25 |
|
"AtaBank" ASC |
180 |
30 |
30 |
|
"PAŞA Bank" ASC |
180 |
30 |
30 |
|
"AGBank" ASC |
170 |
25 |
15 |
*Yaşayış minimumu - Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin hesablanması zamanı hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz. 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat müəyyən edilmişdir.
**İlkin ödəniş - Borcalanın yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir. Ilkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən az olmamalıdır.
DəmirBankda hal-hazırda adi ipoteka kreditlərinin verilişi üzrə də limitlər bitdiyindən cədvəldə adı yer almayıb.
Digər banklarda isə göstərilən filiallar üzrə adi ipoteka kreditlərinin əldə edilməsi mümkündür.
Güzəştli əsaslarla verilən ipoteka kreditləri üzrə limitlər isə artıq bitib və hələlik heç bir bank güzəştli ipoteka kreditləri təqdim etmir.
Buna da baxın: Bu bank ipoteka kreditlərinin şərtlərini asanlaşdırdı
Buna da baxın: Bu bank 150 min manatadək ipoteka krediti verir