Silikon Vadisini sarsıdan və sonra İsveçrəyə yayılan bank etibarı böhranında bu dəfə gözlər Kanadaya çevrilib.
İsveçrənin UBS bankı işçilərin - 30%-Nİ İXTİSAR EDƏCƏK
FED.az xəbər verir ki, bank sektoru səhmlərində ən böyük qısa mövqe təxminən 3,7 milyard dollarla Kanadanın ikinci ən böyük bankı olan "Toronto-Dominion Bank"ına (TD Bank) qarşı tutulub. (Qısa mövqedə aktivin ucuzlaşacağı gözlənilir).
"TD Bank" səhmlərində qısa mövqelər bank sektoru üçün ümumi narahatlığı əks etdirir.
"TD Bank"ın əmanətlərin bankdan çıxmasına səbəb ola biləcək likvidlik problemi yoxdur.
Analitiklər bankın Kanadanın mənzil sektorundakı yavaşlamaya qarşı həssas ola biləcəyi barədə xəbərdarlıq edirlər. İpoteka kreditlərinin geniş istifadə olunduğu Kanadada problemli ipoteka kreditlərinin artımasının "TD Bank"da əks oluna biləcəyi ilə bağlı narahatlıqlar var.
Bazar dəyəri 47 milyard dollar olan "TD Bank" ABŞ-da ortaq tapmaq danışıqları aparır. Bu addım da investorları narahat edib. (Marja)