İngiltərə Mərkəzi Bankı (BoE) bu gün, noyabrın 3-də keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyərək 0,25%-də sabit saxlayıb.
Qərar Bankın Monetar siyasət Komitəsinin bütün 9 üzvü tərəfindən yekdilliklə qəbul edilib. BoE həmçinin monetar ekspansiyanın həcmini 435 mlrd. funt sterlinq (537,7 mlrd. ABŞ dolları) səviyyəsində, korporativ bondların Bank tərəfindən alınması proqramının həcmini isə 10 mlrd. funt sterlinq (12,4 mlrd. dollar) səviyyəsində sabit saxlayıb. Hər iki qərar analitiklərin proqnozlıarı ilə üst-üstə düşüb. BoE bu ilin sonuna qədər uçot dərəcəsini azaltmayacağını bildirib.
Qeyd edək ki, BoE uçot dərəcələrini ən son bu ilin avqustunda, "Brexit" qərarından sonra iqtisadiyyatı stimullaşdırmaq məqsədilə 0,5%-dən 0,25%-ə salıb.
Report©