“AFB Bank” yazın gəlişi münasibətilə “AFB Bankda ilk kreditin” adlı yeni kampaniyasını elan edib. 15 aprelə qədər davam edəcək kampaniya müddətində AFB Bank-dan ilk dəfə nağd pul krediti alan müştərilər üçün komissiya 0% təşkil edəcək.
Bankdan verilən məlumata görə, kampaniya ərzində illik faiz dərəcəsi 12.99%-dan başlayaraq 3-48 aylıq müddətə kredit sifariş etmək mümkündür. Hər kəs, dövlət və neft, özəl sektorda işləyənlər, eləcə də təqaüdçü sifarişçilər bu təklifdən faydalana bilər.
Daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.
Xatırladaq ki, ölkənin daima inkişaf edən banklarından biri olan “AFB Bank” ASC hazırda 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətləri təklif edir. Filial şəbəkəsi Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini də əhatə edir.