2016-cı ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin banklardakı cəmi əmanətləri 7 milyard 761 milyon manat təşkil etmişdir. “Marja” xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondu açıqlayıb.
Mərkəzi Bankın açıqladığı son statistikaya görə, İyul ayının 1-nə fiziki şəxslərin banklardakı əmanətləri 7 milyard 565,9 milyon manat təşkil etmişdi. Hər iki rəqəmin müqayisəsindən məlum olur ki, İyunda banklarda əhalinin əmanətləri 195,1 milyon manat və ya 2,6% artıb.
Əmanətlərdəki İyun ayındakı artım bu il ilk artmdır. Belə ki, yanvar-may aylarında banklarda əhalinin əmanətləri azalırdı. Yanvarın 1-nə banklarda əhalinin 9 milyard 473,9 milyon manat əmanəti var idi.
Əlavə edək ki, Avqust ayının 1-dən etibarən lisenziyaları ləğv edilən “Zaminbank”, “Parabank”, “Dekabank” və “Kredobank”ın əmanətçilərinə kompensasiya verilməsinə başlanılıb. Bunun, dövlətə və banklara etimadı artıracağı gözlənilir.