Almaniyanın və dünyanın ən böyük banklarından biri olan Deutsche Bank ilə Almaniyanın aparıcı banklarından Commerzbank-ın birləşəcəyi iddiası 2016-dan sonra yenidən gündəmdədir.
FED.az xəbər verir ki, mövzuya yaxın mənbələrin "Bloomberg"ə verdiyi məlumata görə, Deutsche Bank-ın İdarə Heyətinin sədri Paul Achleitner, Commerzbank AG ilə mümkün bir birləşmə üçün böyük səhmdarlar və yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşüb.
Analitiklər birləşmənin dəyər yarada biləcəyini, ancaq iki bankın da balansı "təmizləməsi" lazım olan bir dövrdə olması səbəbindən vaxt seçiminin səhv olduğunu bildirirlər.
İtaliyanın aktiv böyüklüyü baxımından ən böyük bankı olan Unicredit də ötən il Almaniyanın Commerzbank AG ilə potensial birləşməyi qiymətləndirmişdi.
2016-ci ildə isə Deutsche Bank-ın Commerzbank ilə birləşəcəyinə dair xəbərlər çıxmışdı. Commerzbank yenidənqurma çərçivəsində 2020-ci ilə qədər 9 min 600 nəfəri işdən çıxarmağı planlaşdırılır. 2008-ci ildəki xilasetmə proqramı çərçivəsində Commerzbank-ın 25%-i Almaniyanın federal hökumət tərəfindən satın alınmışdı. Hazırkı vəziyyətdə isə bankın 15,6%-k hökumətin əlindədir.
marja.az