Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunun göstəricilərini açıqlayıb.
FED.az-ın məlumatına görə, bir qədər əvvəl 4 bankın lisenziyasının ləğv edilməsi özünü bank sektorunun rəqəmlərində də göstərib. Daha dəqiqi, iki bank «Atabank» və «Amrahbank»ın fəaliyyətinin dayanması nəticəsində bank sektorunlda kreditlər depozitlər və bank əməkdaşları azalıb.
Hələlik iui bankın bağlanması ilə ölkədə bank filiallarının sayı 39 ədəd azalaraq 506-dan 467-yə düşüb. Bank şöbələrinin sayı 126-dan 117-yə enib. Banklarının ATM-lərinin sayında isə 41 ədəd azalma var – 2677-dən 2636-yə enib.