Braziliyanın Quararema şəhərində polislərlə toqquşmalarda 11 bank qarətçisi öldürülüb.
FED.az xəbər verir ki, atışma 25 nəfərdən ibarət polis qrupunun iki banka hücum edən qarətçiləri saxlamağa cəhd edərkən baş verib.
Xüsusi əməliyyat nəticəsində bir nəfər saxlanılıb, digər şübhəli bilinənlərin axtarışı davam etdirilir. Qarətçilərin dəqiq sayı məlum deyil.
Hadisə yerinə baxış keçirilərkən oradan 7 tüfəng, 4 tapança, zirehli gödəkcə və partlayıcı tapılıb.
Qarətçi qrupu bir küçədə yerləşən iki banka birdən hücum edib.
Eləcə də bax: Azərbaycanda tanınmış iş adamı müflis olub - KİRAYƏDƏ QALIR