“Bank Avrasiya”, “Xalq Bank” və “Xalq Sığorta” ASC-lərin səhmlərinin müvafiq olaraq 37,5%, 33,85% və 50%-nə nəzarət edən “Euro Standard” MMC nizamnamə kapitalını azaltdığını elan edib.
FED.az “Report” istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetində məlumat verilib.
Eləcə də bax: Palata “Azərsığorta” şirkəti barədə - İNZİBATİ AKR TƏRTİB EDİB
Bununla belə, şirkətin kapitalının hazırda nə qədər olması və nə qədər azaldılacağı açıqlanmayıb. Yalnız o bildirilib ki, “Euro Standard”ın kreditorları “PAŞA Holdinq” MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına müraciət edə bilərlər.