"AFB Bank"ın 2024-cü llin II rübündə faiz gəlirləri 10 milyon 586 min manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
İllik müqayisədə faiz gəlirləri 1 milyon 526 min manat, yəni, 17% artıb.
Faiz gəlirlərinin 8 milyon 73 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 1 milyon 817 min manat (29%) çoxdur.
Bundan başqa banklar və digər maliyyə institularında depozitlər üzrə faiz gəlirləri 927 min manat, ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri 1 milyon 278 min manat, digər faiz gəlirləri 308 min manat olub.
İllik müqayisə ilə digər faiz gəlirləri isə 42 min manat (16%) artıb.