Müştərilərinin rahatlığını düşünən və müştəri məmnuniyyətinin artırılması istiqamətində çalışan Expressbank sürətli və rahat ödəmə terminalları – ExpressPay terminallarının ödəniş imkanlarını və xidmət şəbəkəsini daim genişləndirir.
Bankdan verilən məlumata görə, artıq avtomobilinizin və digər daşınar-daşınmaz əmlakınızın icbari sığorta ödənişlərini şəhadətnamə nömrəsi, şəxsiyyət vəsiqəsi və ya hüquqi şəxssizsə VÖEN qeydiyyat nişanınız əsasında ExpressPay terminallarında ödəmək mümkündür.
ExpressPay hazırda bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə müxtəlif növ dövlət ödənişlərini ödəməyə imkan verir. Belə ki, müştərilər ipoteka ödənişlərini, yol polisi cərimələrini, vergi, gömrük və s. kimi dövlət rüsumlarını ExpressPay terminalları vasitəsilə həyata keçirə bilərlər. Ümumilikdə ExpressPay terminalları ilə 120-dək dövlət xidməti üzrə ödəniş etmək mümkündür.
Bundan əlavə, ödəniş terminallarında Expressbank-a aid ödənişlər (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişlər də mövcuddur.
2014-cü ildən bu günədək ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda, yanacaq doldurma məntəqələrində 500-dən artıq ExpressPay terminalları quraşdırılmışdır. Bu terminalları vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur.
Müştərilərlə şəffaf və operativ münasibətlər üçün ExpressPay ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti yaradılıb. Belə ki, müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə ismarıc yaza bilərlər.
Expressbank-ın xidmətləri və ExpressPay barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.