Bankların hesabatlılıq normativlərində dəyişikliklər artıq hazırdır. FED.az xəbər verir ki, bu dəyişikliklər üzrə işlər yekunlaşıb və yaxın zamanda banklara açıqlanacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri İbrahim Alışovun açıqlamalarına əsasən, hazırda dörd aparıcı qaydaya dəyişiklik üzərində çalışırlar. Bunlar adekvatlılıq, açıq valyuta mövqeyi, borclanma qaydası, kapital adekvatlılığının hesablanması ilə bağlıdır. Bu qaydalar bank sektoru üçün çox böyük əhəmiyyət daşıyır: “Xeyli müddətdir ki, məsələ üzərində müzakirələr gedir. Artıq yekun fazaya çatıb. Hazırda bankların yeni iqtisadi situasiyalara uyğunlaşdırılması dövrüdür və bu qaydaların dəyişdirilməsi günümüzün ladüblüyünə çevrilib”.
İ.Alışov qeyd etdi ki, müəyyən dövrlərdə banklar kapitallarının 60 fazinin itirmişdilər və bu dövrdə xeyli miqdarda kapital inyeksiyası oldu. Artıq bankların risklərinin idarəedilməsinə yeni, fərqli yanaşma nümayiş etdirilir.
Palata rəsmisi hesab edir ki, qaydaların açıqlanmasından sonrakı 6 ay müddətində banklarda sınaq dövrü olacaq.
İbrahim Alışov: “Banklarda sınaq dövrü olacaq”
12:11
6 Mart 2018