“Azərbaycanın daşınmaz əmlakın yüklülüyünə dair dövlət reyestri ilə bağlı təcrübəsini qonşu Gürcüstan öyrənib. Qırğızıstan isə bu təcrübənin tətbiqinə dəstək verilməsi məqsədi ilə Azərbaycana müraciət edib”.
FED.az“Report”-a istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov deyib.
Onun sözlərinə görə, bununla da ölkəmiz karbohidrogen məhsulları ilə yanaşı, həm də maliyyə xidmətlərinin ixracatçısına çevrilib.
“Bu reyestr formalaşana qədər kredit resurslarına çıxış yalnız daşınmaz əmlak vasitəsilə çıxış mümkün idi. Artıq kiçik və orta sahibkarlar daşınar əmlak vasitəsi ilə də kredit resurslarına çıxış əldə edib”, - deyə o, qeyd edib.