2024-cü ilin yanvar-iyun ayları ərzində banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1 milyard 204.3 milyon manat, yalnız iyun ayında isə 221.9 milyon manat dəyərində əməliyyatlar aparılıb.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, bu göstəricinin həcmi 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 20.4%, iyun ayı ilə müqayisədə isə 49.3% çoxdur.