Azərbaycanda aktivləri ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların aktivlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Azər Türk Bank"da 50,2% olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın aktivləri 500 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 21,4% və ya 136,3 milyon manat göstərici ilə "Ziraat Bank Azərbaycan" gəlir.
Aktivlərini 15,8% və ya 39,6 milyon manat artıran "Bank VTB Azərbaycan" üçüncüdür.
"Kapital Bank"ın aktivləri ötən ilin sonu ilə müqayisədə 15,3% və ya 1 milyard 325 milyon manat dəyərində artıb.
"Bank Of Baku"nun aktivlərində 9,2% və ya 80,2 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 6,3% (11,6 milyon manat) artımla "Bank Avrasiya" yer alıb.
İlk onluqda digər 4 bank "AccessBank" (86,4 milyon manat və ya 6,2%), "Turanbank" (48,9 milyon manat və ya 5,9%), "Unibank" (92,5 milyon manat və ya 5,8%) və "Bank Respublika" (94,4 milyon manat və ya 4,4%) olub.