Bu ilin ilk yarısında bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Depozitlər– cəmi öhdəliklərin 79.8%-i və ya 35 mlrd.185 mln. manatını təşkil edib.
Depozit portfelinin 60.6%-i (21 mlrd. 304.8 mln. manat) hüquqi şəxslərin, 39.4%-i (13 mlrd. 880.3 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətləri (müddətli + cari hesablar) iyun ayında 3.6% və ya 480.7 mln. manat artıb. Artımın 86.5%-i (415.8 mln. manat) milli valyutada, 13.5%-i (65 mln. manat) xarici valyutada əmanətlər üzrə olub.
Fiziki şəxslərin əmanətlərinin 65.6%-i (9,100.4 mln. manat) milli valyutada, 34.4%-i (4,779.8 mln. manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 55.8%-i (7,750.6 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Hüquqi şəxslərin tələbli depozitləri 16,252.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.3%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.6 faiz bəndi azalaraq 33.9% təşkil edib.