2024-cü ilin III rübündə cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib.
Azərbaycan banklarının biznes kredit portfeli 14,6 milyard manatı keçib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.
Banklar sorğuda əməkhaqqı kreditləri üzrə kredit standartlarında yumşalma olduğunu bildirmişlər. Respondentlər cari ilin IV rübündə əmək haqqı kreditləri üzrə standartlarda yumşalmanın davam edəcəyini və kredit kartları üzrə standartlarda heç bir dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Qeyd edilib ki, sorğu nəticələrinə əsasən faiz dərəcələrinin artımı fonunda ümumi istehlak kreditlərinə tələb cüzi azalıb. İştirak edən respondentlərin cavablarına görə azalma əsasən kredit kartları hesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə xüsusilə, kredit kartlarına tələbdə artım olacağını proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən istehlak kreditləri üzrə bankın likvidlik mövqeyi və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir edib. İstehlak kreditləri üzrə standartlarda dəyişiklik əsasən faiz dərəcələrinin artımı hesabına baş vermişdir.