Azərbaycanda daşınmaz əmlak kredit portfeli ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların daşınmaz əmlak kreditlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Accessbank"-da 55,6%, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın kredit portfeli 5,9 milyon manat həcmində artıb.
"Accessbank"-dan sonra artıma görə ikinci yerdə 15,9% və ya 4,2 milyon manat göstərici ilə "ZiraatBank Azərbaycan" gəlir.
İpoteka kredit portfelini 9,6% və ya 4,6 milyon manat artıran "Yapı Kredi Bank Azərbaycan" üçüncüdür.
"Azərbaycan Sənaye Bankı"-nın ipoteka kredit portfeli ötən ilin sonu ilə müqayisədə 9,1% və ya 1,9 milyon manat dəyərində böyüyüb.
"Rabitəbank"-nın ipoteka kredit portfelində təxminən 7,1% və ya 11,1 milyon manat artım baş verib.
Hesabat rübündə "Melli İran Bankı"nın ipoteka kredit portfelində 8,1% (5 min manat), və "Bank Avrasiya"nın ipoteka kredit portfelində 3,1% (1,8 milyon manat) azalma baş verib.