Bu ilin iyulun 1-i vəziyyətinə Azərbaycanda bankların ipoteka kreditləri portfelinin həcmi 4 milyard 430,2 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
İpoteka kreditləri portfeli son bir il ərzində (illik müqayisədə) 509,4 milyon manat və ya 13,0% artıb. Portfel ötən ilin sonu ilə müqayisədə isə 184,7 milyon manat və ya 4,3% böyüyüb. Aylıq artım isə 25,6 milyon manat və ya 0,6% təşkil edib.
Qeyd edək ki, iyunun 1-nə ipoteka kreditləri portfeli 4 milyard 404,6 milyon manat, ötən ilin sonunda 4 milyard 245,5 milyon manat, ötən ilin eyni dövründə isə 3 milyard 920,8 milyon manat təşkil edib.