2025-ci ilin ikinci rübünün yekununda "Turanbank"ın işçi sayı 852 nəfərə çatıb.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata görə, bank ikinci rübdə işçi sayını 7 nəfər artırıb. Birinci rübdə isə bankın işçi sayı 29 nəfər artaraq 845 nəfər təşkil etmişdi.
Beləliklə, 2025-ci ilin ilk yarısında bankın işçi heyəti ümumilikdə 36 nəfər böyüyüb.
Xatırladaq ki, 2024-cü ilin sonunda "Turanbank"ın işçi sayı 816 nəfər idi.