2024-cü ilin martın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 482,2 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 77,4 milyon manat və ya 19,1% çoxdur.
2023-cü ilin martın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 404,8 milyon manat olub.
Aylıq müqayisədə bankların kreditlərdən qazandıqları məbləğin həcmi 242,5 milyon (2 dəfə) artıb.
1 fevral vəziyyətinə bu göstərici 239,7 milyon manat təşkil edib.