2024-cü ilin aprelin 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 729,1 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 118,7 milyon manat və ya 19,4% çoxdur.
2023-cü ilin aprelin 1-nə Azərbaycan banklarının faiz gəlirləri 610,4 milyon manat olub.
Aylıq müqayisədə bankların kreditlərdən qazandıqları məbləğin həcmi 246,9 milyon (51,2%) artıb.
1 mart vəziyyətinə bu göstərici 482,2 milyon manat təşkil edib.