Azərbaycanda həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən dəstək göstərilməsi ilə ölkə rəhbərliyinin çağırışına banklar da qoşulub.
Azərbaycan banklarının malik olduğu - ƏMLAKLARINA GÖRƏ RENKİNQİ
FED.az xatırladır ki, bir qədər əvvəl – daha dəqiqi mart ayının 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair memorandum da imzalanıb.
Azərbaycanda kredit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2020)
İlkin mərhələdə mart ayı ərzində bu proqramın icrasına ölkədə fəaliyyət göstərən 8 bank qoşulmuşdu. Hazırda isə Proqrama qoşulan bankların sayı 18-ə çatıb. Bu banklar “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Accessbank” QSC, “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC, “Yelo Bank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Azər Türk Bank” ASC, “Bank Avrasiya” ASC, “Bank BTB” ASC, “Bank of Baku” ASC, “Expressbank” ASC, “Muğanbank” ASC, “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və“Ziraatbank” Azərbaycan ASC-dir.
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2020)
ABA-dan bildirilib ki, bu işlər əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və b.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır. Həm də koronavirus pandemiyasının vaxtı ölkəyə mənfi təsirlərinin azaldılması, məşğulluq məsələlərinin həlli üçün görülən işlərə dəstəkdir.
Azərbaycanda aktivlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2020)
Mayın 10-da ABA-ya üzv banklar özünüməşğulluq proqramına cəlb olunmuş vətəndaşlarla növbəti dəfə qrant müqavilələri imzalayaraq, onlara əsasən xidmət və istehsalat sahələri üzrə aktivləri (o cümlədən natura şəklində material, avadanlıq və digər əmlaklar) 2 il müddətinə müqavilə əsasında əvəzsiz təqdim ediblər.
Azərbaycanda aktivlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2020)