Azərbaycanda problemli borclarının tənzimlənməsi ilə bağlı fərman çərçivəsində ən çox dəstək alan banklardan biri «Bank of Baku» olacaq.
FED.az xəbər verir ki, bu barədə «Moody`s Investors Service» beynəlxalq reytinq agentliyinin «Bank of Baku» ASC-nin reytinqinin təzələnməsi ilə bağlı açıqlamada bildiridir.
Eləcə də bax: Azərbaycanda daha bir kredit ittifaqının lisenziyası - LƏĞV EDİLİB
Qeyd edək ki, bir neçə gün əvvəl «Moody`s» «Bank of Baku»nun yerli və xarici valyutalarda depozitlər üzrə uzunmüddətli və qısamüddətli reytinqini təsdiq edib. Agentlik bankın uzunmüddətli depozit reytinqləri üzrə proqnozu Caa3 səviyyəsində «mənfi»dən «sabit»ə dəyişib.
Agentliyin bununla bağlı açıqlamasında bildirilir ki, uzunmüddətli reytinqlər üzrə proqnozun «mənfi»dən «sabit»ə dəyişdirilməsi, problemli borcların tənzimlənməsi ilə bağlı fərmanın icrası ilə əlaqədardı. Agentlik gözləyir ki, bu fərmanın icrası ilə əlaqədar olaraq bəzi borclular qrupuna dəstək nəticəsində bankın ödəmə qabiliyyəti bir qədər yaxşılaşacaq və sabitləşəcək.
Restinq agentliyi hesab edir ki, «Bakı of Baku» bu fərman çərçivəsində ən böyük dəstək alan banklar qrupu arasında olacaq. Çünki bank ənənəvi olaraq fiziki şəxslərin kreditləşməsi istiqamətində ixtisaslaşıb və nəticədə böyük həcmdə problemli kreditlərlə üzləşib. Bu kreditlərin böyük hissəsi hökumətin dəstək tədbirlərinə uyğun gəlir.
Agentliyin hesablamalarına görə, problemli kreditlər proqramının tamamilə reallaşdırılmasından sonra «Bank of Baku»nun 2017-c ilin sonunda 45%-ə çatan problemli kreditlərinin dövrddə bir hissəsi həll ediləcək.
«Bu isə öz növbəsində «aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayrılan ehtiyatların bir hissəsinin azal olunmasına imkan yaradacaq, nəticədə Bankın gəlirliyi və kapitalı arta bilər».