Milli Məclisin (MM) növbəti və aprel ayında keçiriləcək ilk plenar iclasının vaxtı müəyyənləşib.
FED.az-ın məlumatına görə, növbəti iclas gələn həftəninin ikinci günü, aprelin 9-da keçiriləcək.
İclasda bir çox məsələlər, qanun layihələri ilə yanaşı, Hesablama Palatasının illik hesabatının da müzakirəsi nəzərdə tutulur.
Eləcə də bax: Palata bank sektorundakı son vəziyyəti - AÇIQLADI
Hesabatla Palatanın sədri Vüqar Gülməmmədov çıxış edəcək və hesabat ətrafında müzakirələr başa çatdıqdan sonra sənəd səsverməyə çıxarılaraq, təsdiqlənəcək.
Qeyd edək ki, hesabat məruzəsi öncə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçiriləcək iclasında müzakirə olunacaq və müzakirələrdən sonra plenar iclasa tövsiyə ediləcək.