30 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az xəbər verir ki, hərracda tələb 69,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda dollar-manat məzənnəsi 1,7 səviyyəsində formalaşıb.
Qeyd edək ki, aprel ayında keçirilən son 3 hərracda dollara tələbat yenidən artmağa başlayıb.
Belə ki,
aprelin 2-də keçirilən hərracda 74,6 milyon dollar,
aprelin 7-də keçirilən hərracda 67,2 milyon dollar,
aprelin 9-da keçirilən hərracda 55,0 milyon dollar,
aprelin 14-də keçirilən hərracda 56,5 milyon dollar,
aprelin 16-da keçirilən hərracda 53 milyon dollar
aprelin 21-də keçirilən hərracda 38,8 milyon dollar,
aprelin 23-də keçirilən hərracda 59,1 milyon dollar
aprelin 28-də keçirilən hərracda 57,9 milyon dollar
aprelin 30-da keçirilən hərracda 69,2 milyon dollar valyuta satılıb.
Nəticədə ay ərzində satılan dolların həcmi 531,3 milyon dollar olub.