FED.az «AccessBank»ın idarə şurasının sədri və Baş Meneceri Rolf Reyhardtla müsahibəni təqdim edir.
- Cənab Reyhardt, «AccessBank» Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının ilk 5-liyinə daxildir. Sizcə, dünyanın maliyyə bazarlarında baş verən hansı hadisələr Azərbaycanın bank sektoruna və sizin bankınıza daha çox təsir göstərib?
- Burada mən 2008-ci ildəki qlobal maliyyə böhranını xatırlatmaq istəyirdim, hansı ki, əlbəttə, Azərbayanın bank sektoruna təsir etmişdi. Həmin vaxt «AccessBank» ölkədə kredit məhsulları verən yeganə bank idi. Bunun da əsas nəticəsi bizim biznesin kreditləşməsində bazar payımızın artması oldu və bu gün «AccessBank» ölkənin aparıcı bankları arasında öz möhkəm mövqeyini qoruyur.
Bank sektoruna təsir edən əsas faktor isə, sözsüz ki, 2014/15-ci illərdə neftin kəskin ucuzlaşması oldu. Bu da manatın güclü devalvasiyası ilə nəticələndi.
Öz növbəsində devalvasiya bank sektoruna güclü zərbə vurdu, çünki bankların müştəriləri dollar kreditlərinin ödənilməsində çətinliklərlə üzləşdilər. Manatla ifadədə bu kreditlərin həcmi təqriən 2 dəfə artmışdı, müştərilərin gəlirləri isə, idxalın bahalaşması nəticəsində əksinə, azalmışdı. Xoşbəxtlikdən, bir il əvvəl sait valyuta məzənnəsinin müəyyən edilməsi ilə vəziyyət sabitləşdi.
- Sizin qısamüddətli və uzunmüddətli planlarınız necədir?
- Bizim bu il və qarşıdakı illər üzrə proqnozlarımız çox müsbətdir. Biz ödən ilin sonunda biznesin kreditləşməsinin artımından çox razı qaldıq və bu il səbirsizlə artımın davam edəcəyini gözləyirik. Ölkədə rəqəmsal bank məhsullarına tələbatın artmasını müşahidə edərək, bizim bankımız da özünün onlayn bank məhsullarını bundan sonra da genişləndirməyi planlaşdırır.
Qarşıdakı 12 ay ərzində müştərilərimiz üçün onlayn bankinq sistemində çoxsaylı yeni və çox cəlbedici funksiyalar təklif etməklə, AccessBank Azərbaycandakı müştərilər üçün həllər təqdim edən aparıcı struktura çevrilməyə çalışır.
Eyni zamanda biz ötən il bankımızın iqtisadi effektliyinin yüksəldilməsi üçün çoxlu səylər göstərmişik ki, müştərilərimizə daha aşağı qiymətlərlə daha keyfiyyətli məhsullar təqdim edək. Bu sahədə bizim böyük uğurlarımız var, amma hələ 2018-ci ildə görəcəyimiz işlər də var.
- Azərbaycan iqtisadiyyatının hansı sahələrini Siz daha effektiv hesab edirsiniz?
- Mən, ölkənin qeyri-neft sektorunun inkişafı üçün böyük potensial görürəm. Azərbaycanda müxtəlif iqlim zonalarının zənginliyi isə ixracyönüml kənd təsərrüfatının inkişafı üçün böyük imknaların olmasından xəbər verir.
Özü də mən təkcə dadlı pomidorlar və narları deyil, qida sənayesi üçün yüksək səviyyəli məhsulları da nəzərdə tuturam. Turizm isə daha bir qısamüddətli nəticə oldu, artıq bu sektorda da müsbət artımı müşahidə etmək olar. Mən eləcə də, daha bir cəlbedici inestisiya sektoru olaraq azad ticarət zonası və sənaye parklarını qeyd edə bilərəm, hansılara ki, xarici investorlar artan maraq göstərirlər.
- Regionların sosial-iqtisadi inkişafı reytinqinə əsasən, ölkəmizin bəzi iri regionlarında cəmi 2-3 bank şöbəsi fəaliyət göstərir. Bu vəziyyəti necə düzəltmək olar?
- Adətən banklar biznesin arxasınca gedirlər. Yəni, əgər regionlarda sahibkarlıq fəaliyyəti üçün imkanların artımı davam etdikcə, banklar da buradakı fəaliyyətlərini genişləndirəcəklər. Bizim bankımızın əsas fəaliyyəti müxtəlif ölçülərdə olan müəssisə və fermalarla bağlı olduğuna görə, regionlardakı filiallarda bizim payımız nisbətən yüksəkdir. Amma, dəyişiklikləri də izləmək lazımdır. Smartfonlardan istifadə edən yeni nəsil böyüyür. Gələcəkdə bu smartfonlar onlar üçün evdəki bank filialına çevriləcəklər. Ona görə də mən ümumilikdə gələcəkdə filialların sayının çox da artacağını gözləmirəm.
- Sizcə, Azərbaycanda qərbin iri banklarının nümayəndəlikləri açılarsa, AccessBank bazardakı rəqabətə davam gətirəcəkmi?
- Biz öz fəaliyyətimizlə bağlı hansısa münaqişə gözləmirik, və belə nümayəndəliklərlə əməkdaşlığa yalnız şad olacağıq, ggər bunlar müştərilərə fayda gətirəcəksə.
- Siz öz fəaliyyətinizi dünya bazarlarında genişləndirməyi planlaşdırırsınızmı? Bu gün buna nə mane olur?
- Bizim bankımızın üstünlüklərindən biri odur ki, biz «AccessHolding»in bir hissəsiyik. Bu holdinq dünyanın müxtəlif ölkələrində banklara malikdir, bir qədər əvvəl bu siyahıya Gürcüstandakı «Credo Bank» da daxil oldu.
- Son 3 ildə ölkə əhalisinə göstərilən xidmətlərin dinamikası necə dəyişib? Hesab edirsinizmi ki, əhalinin bank sisteminə inamını geri qaytarmaq olar? Sizdə bununla bağlı hazır reseptlər varmı?
- Biz qanunvericilikdəki dəyişikliklər sayəsində nağdsız ödənişlərin artımını müşahidə edirik. Biz bu dəyişiklikləri alqışlayırıq, çünki onlar rəqəmsal bank xidmətlərinin inkişafına şərait yaradır. Etimada gəldikdə isə, mən əminəm ki, banklar inkişaf edə bilərlər. Düstur isə çox sadədir: sadəcə xaricdən müştərilər üçün, daxildən isə risklərin ağıllı idarə edilməsi üçün şəffaf olmaq lazımdır. Bundan başqa, qeydetmək lazımdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bank fəaliyyətinə ağıllı yanaşmaqda uğurlar əldə edir. Bu da həm bank sektoru, həm də onun müştəriləri üçün sərfəlidir.
- 2017-ci ildə bankın nizamnamə kapitalı 140 milyon manata qədər artdı. Bu artıma hansı faktorlar təsir etdi?
- İki səbəb var. Birincisi, biz kapitalımızı ona görə artırdıq ki, dollar krediti olan və devalvasiyadan əziyət çəkən müştərilərimizə krediti daha uzun müddətə qaytarmaq imkanı verək. İkincisi, bizə böyük kapital kreditləşmə sahəsində fəaliyyətimizi daha da genişləndirmək üçün lazım idi. Yeri gəlmişkən, biz bu il kapitalımızan bir qədər də artırmağa hazırlaşırıq. Kapital artımı elə böyük olacaq ki, təkcə cari biznesə deyil, yaxın gələcəkdə də fəaliyətimizi genişləndirmək üçün kifayət etsin.
- Son vaxtlar bəzi xarici banklar rəqəmsal bankın xidmətlər təklif etməyə başlayıblar. Bəs AccessBank öz müştərilərinə hansı innovasiylar təqdim etməyə hazırlaşır?
- Əvvəla, mən qeyd etmək istəyirəm ki, son illər biz bankımızın İT infrastrukturuna da yatırımlar etmişik ki, bank sektorundakı nnovasiyalarla ayaqlaşa bilək. Bu jün bizim bank müştərilərimizə myAccess elektron bank xidməti vasitəsilə müxtəlif innovativ həllər təqdim edir. Hazırda müştərilərimizin ödənişlərinin 72%-i internet vasitəsilə aparılır. Biz müştərilərimizin vaxtını yüksək qiyməiləndiririk, ona görə də rəqəmsal xidmətlərimizin daha da genişlənməsi AccessBank üçün prioritet olacaq.
Bundan başqa, biz müasir texnologiyalara da investisiyalar yatırırıq ki, əvvəlkindən daha tez yeni məhsullar təqldim etmək imkanımız olsun.
«Həmin vaxt kredit verən yeganə bank biz idik» - MÜSAHİBƏ
20:22
6 Aprel 2018