Azərbaycan İpoteka və Zəmanət Fondu 70-ci ilədək tikilən evlərə ipoteka kreditlərinin verilməcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib. Fonddan FED.az-a verilən məlumata görə, bununla bağlı qərarın qəbul edilməsi həmin evlərin həddən artıq köhnəlməsi ilə bağlıdır.
«Haqqında danışılan evlər «stalinka», «xruşşovkalar» və daha əvvəl tikilənlərdir. Onların da istismar müddəti artıq başa çatdığına görə, qərara alınıb ki, həmin evlərin alınması üçün ipoteka kreditləri verilməsin».
Fonddan bildirilib ki, 1970-ci illərdən sonra Azərbaycanda nisbətən yeni layihələr üzrə mənzillər tikilməyə başlayıb. Bunlar «Leninqrad», «Kiyev» və başqa layihələrdir ki, onların alınması üçün kreditlər veriləcək. Bundan başqa, sözügedən qadağa yalnız mənzillərə aiddir və bunun fərdi evlərə təsiri olmayacaq. Yəni istəniən vaxt tikilmiş fərdi evlərin alınması üçün ipoteka krediti veriləcək.