FED.az Banker.az-a istinadən hansı banklarda hal-hazırda dolların satılıb-satılmadığını, valyutanın satış şərtlərini təqdim edir.
Aşağıdakı cədvəldən məlumatlarla tanış ola bilərsiz.
Eləcə də bax: Azərbaycan bankları dolları - BU ŞƏRTLƏ SATIR – LİMİTLƏR, MƏBLƏĞLƏR
Bankın adı | Valyutanın satış şərtləri |
AccessBank | dollar satışı mövcuddur. 10000 AZN qədər mübadilə edə bilərsiniz. |
AFB Bank | 20000 AZN (11747.43 $)ekvivalentinə bərabər məbləğ üçün müraciət oluna bilər, hüsusi blankı doldurmaq şərti ilə |
AGBank | satılır, hal-hazırda limit yoxdur. |
Amrahbank | 100 USD-dən 500 USD-ə dək şəxsiyyət vəsiqəsi, 500 USD- 20 000 AZN üçün ş.v, anket, 20 000 AZN-dən yuxarı isə ş.v, anket, gəlir mənbəyini göstərmək tələb olunur |
Azər Türk Bank | 500 USD-a kimi şəxsiyyət vəsiqəsi ilə, 20 000 AZN-ə kimi (ekvalenti) ərizə doldurub, əldə edə bilərsiniz. 20 000 AZN ekvivalentindən çox əldə etmək istəsəniz, müvafiq sənədlər tələb olunacaq və 3 iş günü ərzində müraciətinizə baxılacaq. |
Azərbaycan Beynəlxalq Bankı | bir təqvim ayı ərzində bir müştəri (fiziki şəxs) üzrə nağd və nağdsız xarici valyutanın satışı üzrə limit 11 500 USD təşkil edir. |
Azərbaycan Sənaye Bankı | 500 dollara qədər şəxsiyyət vəsiqəsi ilə 500 dollardan 20.000 azn ekvivalentinədək şəxsiyyət vəsiqəsi + bankın tətbiq etdiyi blank 20.000 azn dən yuxarı isə əlavə məbləğin mənbəyini təsdiq edən sənəd tələb olunur. |
Bank Avrasiya | Dollar satılır, limit yoxdur |
Bank BTB | Ay ərzində 20000 AZN ekv alınması mümkündür. |
Bank of Baku | 500 USD-dək yalnız şəxsiyyət vəsiqəsi ilə, 500USD-dən 20.000 USD-dək isə şəxsiyyət vəsiqəsi və satış əməliyyatlarını təsdiq edən sənəd əsasında əldə etmək mümkün olacaq. |
Bank Respublika | nağd/nağdsız valyuta satışı üzrə limit – 20 000 AZN ekvivalentində təyin olunub. |
Bank VTB Azərbaycan | bir şəxsə ayrılan aylıq limit 20 000 azn ekvalenti qədərdir. |
Expressbank | 500 USD-dək şəxsiyyət vəsiqəsi əsasında, 20 000 AZN-ə kimi isə ərizə doldurub, əldə edə bilərsiniz. |
Günaybank | Limit 20.000 dollar təşkil edir. |
Kapital Bank | Limit 20000 AZN-dəkdir. |
Muğanbank | 500 USD əldə edə bilərsiniz, ondan yuxarı məbləğ verilmir |
NBC Bank | 500 dollaradək ş.v., 20 000 AZN ekvivalentinə qədər şəxsiyyət vəsiqəsi ilə, daha yüksək məbləğ üçün gəlir mənbəyi göstərilməlidir. |
Paşa Bank | 20 000 manatadək şəxsiyyət vəsiqəsi mütləqdir, ondan yuxarı məbləğ üçün isə gəlir mənbəyi göstərilməlidir |
Premium Bank | Bütün filiallarda 20 000 AZN-a qədər dollar satılır. |
Rabitəbank | Hal-hazırda bir şəxs 500 USD şəxsiyyət vəsiqəsini təqdim edərək əldə edə bilər |
Turanbank | Müştərilərin aylıq alqı-satqı təyin edilmiş limiti (20.000 AZN) keçdikdə müvafiq təsdiqedici sənədləri tələb olunur. |
Unibank | Fiziki şəxslər üzrə nağd və nağdsız valyuta satışı üzrə 500 USD və onun ekvivalentinə qədər olduqda yalnız şəxsiyyət vəsiqəsi ilə dəyişdiriləcək, 500 USD-dən çox və 11500 USD ekvivalentinə qədər olduqda şəxsiyyət vəsiqəsi və valyuta satışı ilə bağlı anket müştəri tərəfindən doldurulmalı və kassaya təqdim edilməlidir.Və daha yüksək məbləğ olduğu halda gəlirin təstiqi və mənbəyi ilə bağlı əlavə sənəd təqdim olunmalıdır. |
Xalq Bank | Şəxsiyyət vəsiqəsi ilə 20000 AZN-dək, lakin kassa qalığına əsasən mübadilə aparılır, Daha yüksək məbləğ üçün gəlir mənbəyini göstərmək mütləqdir |
Yapı Kredi Bank Azərbaycan | Limit 11.700 USD təşkil edir. |
Yelo Bank | Hər bir şəxs üçün 1000 USD təqdim olunur |
Ziraat Bank Azərbaycan | 11 500 dollara qədər isə xüsusi blank doldurulur. |