Təcili kredit lazımdırsa, Yelo Bank havadan asılı olmayan tam onlayn kredit təklif edir.
FED.az xəbər verir ki, bunun üçün Yelo Bank müştərisi olmaq da tələb olunmur. İstənilən şəxs yalnız Yelo App mobil tətbiqini yükləyərək tam onlayn kredit ala bilər.
Yelo App tətbiqi ilə sifariş edilmiş kreditin rəsmiləşdirilməsi avtomatlaşdırılmış skorinq xidməti sayəsində insan faktoru olmadan tam onlayn icra olunur. Bu da qərar vermə prosesini alışdığımızdan daha çevik, 2 dəqiqə ərzində etməyə imkan yaradır. Müştəri, hətta vəsaiti götürmək üçün belə filiala gəlmir. Təsdiqlənmiş kredit vəsaiti Yelo kart varsa, kartın balansına yüklənir. Yelo kartı olmayanlara isə kredit vəsaiti kart şəklində ünvana tamamilə pulsuz çatdırılır. Çatdırılma zamanı üzərinizdə yalnız şəxsiyyət vəsiqənizin olmağı kifayətdir. Əlavə heç bir sənəd tələb olunmur.
Kreditin maksimal məbləği 50 000 AZN, müddəti isə 48 ayadəkdir. Yelo App-də kredit sifarişi ilə yanaşı, krediti onlayn ödəmə funksionallığı da mövcuddur. Nəzərinizə çatdıraq ki, kredit vəsaiti çoxfunksiyalı Yelo Light kartı ilə çatdırılır. Siz kredit vəsaitinizi kart vasitəsilə xərcləməklə də cashback qazanırsınız.
Elə indi sifariş edin və parlaq bankçılıqdan tam zövq alın: https://bit.ly/ylhdf
Bank xidmətləri haqqında məlumat əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!