Bu yazıda sizə banklarda milli və xarici valyutada verilən təhsil kreditlərinin faiz dərəcələri təqdim edilib.
Azərbaycanda təhsil kreditlərini Xalq Bank ASC, Turan Bank ASC və Bank VTB (Azərbaycan) ASC verib. Təhsil krediti Bank VTB (Azərbaycan) ASC- də milli valyutada 19%-lə, Xalq Bank ASC-də xarici valyutada 16-20%-lə, TuranBank ASC-də isə həm milli valyutada, həm də xarici valyutada 29%-lə hesablanıb.
Banklar | Milli valyutada verilən kredit (%) | Xarici valyutada verilən kredit(%) |
illik | illik | |
Bank VTB (Azərbaycan)ASC | 19 | – |
Xalq Bank ASC | – | 16-20 |
TuranBank ASC | 29 | 29 |
Qeyd edək ki, cədvəldə qeyd edilən faiz dərəcələri bankların rəsmi internet səhifələrində 1 dekabr tarixinə olan məlumatlara əsasən götürülüb.